Elman Abdullayev: “İran hələlik həbs olunan Azərbaycan vətəndaşları ilə bağlı sorğumuza cavab verməyib”

“Fərid Hüseyn və Şəhriyar Hacızadənin məsələsi Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun diqqət mərkəzindədir”
Bakı. “İran hələlik bu ölkədə həbs olunan vətəndaşlarımızla bağlı bizim sorğumuza cavab verməyib”. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məsələsi Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun diqqət mərkəzindədir: “Onlar bu məsələ ilə məşğuldur. Vətəndaşlarımıza baş çəkmək, onların həbsinin səbəblərini və saxlanma şəraitini öyrənmək bizim üçün vacibdir. Lakin hələlik İran tərəfi sorğumuzu cavablandırmayıb”.

Elman Abdullayev: “Iran has not responded our question on the arrested Azerbaijani citizens yet”

“The issue of Farid Huseyn and Shahriyar Hajizadeh is in the focus of attention of the Azerbaijani Embassy in Iran and Consulate General in Tabriz”
Baku- APA. Iran has not responded our question on the arrested Azerbaijani citizens yet, said spokesman for the Azerbaijani Ministry of Foreign Affairs Elman Abdullayev, APA reports. He said that the issue of Azerbaijani poets Farid Huseyn and Shahriyar Hajizadeh is in the focus of attention of the Azerbaijani Embassy in Iran and Consulate General in Tabriz. It is necessary for us to visit our citizens and to know reasons of their arrest and condition of detention. But Iran has not responded our question yet.”

25 İyun 2012

APA