İran Azərbaycandakı səfirini geri çağırdı

İranın Xarici İşlər Nazirliyi Bakıdakı səfiri Məhəmməd Bağır Bəhramini geri cağırıb.

Səfirin geri çağırılmasına İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı dini liderin təhqir olunmasının səbəb olduğu bildirilir. “Qafqazinfo”nun SalamNews -a istinadən məlumatına görə, hələlik diplomatın Tehrana məsləhətləşmələr üçün çağırıldığı ehtimal olunur. Lakin onun nə zaman geri dönəcəyi məlum deyil.
Səfir sabah öz ölkəsinə yola düşəcək.
21 May 2012
qafqazinfo.az