Güney Azərbaycanın Urmu şəhəri təzahurata başladı

Güney Azərbaycanın Urmu şeheri təzahurata başladı

GünazTV:  Güney Azərbaycanın Urmu şəhəri İran fars rejimine qarşı aksıya başlatdı.polislə etirazçılar arasında toqquşmalar baş verdi, toqquşmalar dəvam edir,tutuqlamalar olub.

S.B

Urmuda Etirazlarla bağlı mağazalar bağlanılır

Bu gün Güney Azərbaycanın böyük şəhərlərində Milli Qiyamın növbəti ildönümü və Urmu Gölünün qurudulması ilə bağlı kütləvi yürüşlər gözlənilir.

 

Son məlumata görə, Urmulu mağaza sahibləri artıq saat 16 radələrindən bəri öz iş yerlərini bağlamaqla etirazçılara dəstək verirlər. Hər dəqiqə bağlanılan mağazaların sayı artmaqdadır.

 

Artıq İmam xiyabanında mağazaların böyük əksəriyyəti bağlanılıb.

 

Qeyd edək ki, kütləvi yürüşlər saat 18-ə təyin edilib.

Təbrizdə təhlükəsizlik qüvvələri ilə qarşıdurma olub

Təbrizin Abrəsan dördyolunda ciddi yürüş keçirilir və etirazçılar tərəfindən milli şüarlar səsləndirilir.

 

Məlumata görə, hökumətin özəl qüvvələrinin etirazçılara qarşı hücum etməsi ciddi qarşıdurma yaradıb və şüarlar daha da gur səslə səsləndirilib.

 

Abrəsanda hər an etiraz səslərinin yüksəldiyi bildirilir.

N.S

 

21 May 2012

GunAz.Tv