TƏBRİZDƏ FUTBOL ŞOUSU

Aprelin 26-da Təbrizin “Tiraxtur” futbol komandası “Səhənd” stadionunda Tehranın “Perspolis” komandasını qəbul edib. İran çempionatı çərçivəsində keçirilən oyun 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

“Media forum” saytının məlumatına görə, yağışa baxmayaraq stadiona gələn 70 mindən çox “Tiraxtur” azarkeşi öz komandalarına dəstək verib. Təbrizli azarkeşlər həmçinin Urmiya gölünün qurumasına etiraz bildirmək üçün Azərbaycan və ingilis dillərində plakatlar qaldırıb, milli şüarlar səsləndiriblər.

Oyundan sonra Təbrizin küçələrinə axışan “Tiraxtur” azarkeşləri şəhərin “Abresani” məntəqəsinə çatanda hökumət qüvvələrinin hücumuna məruz qalıblar. Nəticədə onlarla “Tiraxtur” azarkeşi tutularaq bilinməz istiqamətə aparılıb.

 

27 Aprel 2012

 mediaforum.az