Güney Azerbaycan Devlet Başkanı,(1945-1946) Seyit Cefer Pişeverinin (Seyid Cəfər Pişəvəri)sözleri

…Biz Azərbaycanı hər bir cəhətdən özünün daxili işlərini idarə etməyə layiq bilirik. Xalqımızın  danışdığı dil də farsi deyildir. Ona görə çalışırıq, öz dilimiz  ilə xalqımızı dünyanın mütəməddin xalqlarının məqamına yetirək…

Azərbaycan qəzeti № 40,

29 oktyabr 1945-ci il.

…Qoy bütün dünya bilsin və Azərbaycanın mərkəzində yaşayan mütəməddin dövlətlərin nümayəndələri gözlərini  açıb görsünlər ki, Tehran dövləti Azərbaycan xalqından intiqam çəkir, ona azadlıq əvəzində cəlladlardan, qatillərdən himayət edən, onların cinayətlərinin üstünü örtən xain ədliyyə məmurları, cani jandarm rəisləri, vəhşi və qaniçən bəxşdar və dehdarlar verməkdədir…

Azərbaycan» qəzeti № 53,

13 noyabr  1945-ci il.

…indi bütün İran xalqı öz nicat və səadətini bizim milli hərəkatımızda görür və ürək döyüntüsü ilə bizim müvəffəqiyyətimizi arzu edir. Hətta cənub şəhərlərindən gəlib əlimizə çatan məktublarda belə, xalqımıza, firqəmizə və işimizə böyük ümid hissləri nəzərə çarpır. Bunların hamısı göstərir ki, artıq tufan keçmiş və fəzalar qara buludlardan təmizlənməyə başlamışdır, bundan sonra irticai qüvvələr nə qədər can atıb çalışsalar, öz zərərlərinə tamam olacaqdır. Artıq dünya bizi tanımış və haqq sözümüz qulaqlara yol tapmışdır…

«Azərbaycan» qəzeti, № 72,
6 dekabr 1945-ci  il.

www.irazturk.ir